Avropada BÖYÜK FƏLAKƏT - Çoxlu sayda ölən var / FOTO

 10:27 16.07.2021     276

Avropa sözün əsl mənasında fəlakət yaşayır.

Redaktor.az xəbər verir ki, Almaniya, Belçika, Lüksemburq və Hollandiyanın bəzi bölgələrində güclü yağışlar onlarla insanın həyatına son qoyub. Meteoroloqlar şiddətli yağışların davam edəcəyini açıqlayıblar. 

Almaniyada ən çox Reynland-Pfalz və Şimali Ren-Vestfaliya əyalətləri zərər görüb. Şimali Ren-Vestfaliyanın Baş naziri və Xristian Demokrat Birlik Partiyasının sədri Armin Lasşet baş verənlərin iqlim dəyişikliyinin bir parçası kimi dəyərləndirib.

Ümumilikdə 81 nəfər daşqınların qurbanı olub, azı 70 nəfər itkin düşüb.

Axtarış-xilasetmə işlərinə ordu da cəlb olunub.

Orxan İsmayılov / Redaktor.az

22222222