Türkiyədə zəlzələ olub

Türkiyənin Diyarbəkir əyalətində 4 bal gücündə zəlzələ baş verib.
Redaktor.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 11:28-də qeydə alınıb. Zəlzələnin dərinliyi 13.8 kilometr təşkil edib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Orxan İsmayılov / Redaktor.az