Almaniyada hərbi fəlakət rejimi elan edilib

Almaniyada daşqınların törətdiyi fəsadlarla əlaqədar hərbi fəlakət rejimi elan edilib.
Redaktor.az-ın məlumatına görə, bu qərarı ölkənin müdafiə naziri Anneqret Kramp-Karrenbauer verib.
Qeyd olunur ki, Almaniyada daşqın qurbanlarının sayı 100 nəfəri ötüb, 1 300-ə yaxın şəxs itkin düşüb.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün 850 əsgər cəlb olunub.
Yerli polis qüvvələri bölgədə xaosun hökm sürdüyünü bəyan edib. //Trend.az