Olimpiya oyunlarının iştirakçısı itkin düşüb

 17:23 16.07.2021     289

Yaponiyada yay Olimpiya oyunlarında iştirak edəcək Uqanda milli komandasının idmançısı itkin düşüb.

Redaktor.az-ın məlumatına görə, 20 yaşlı ağır atlet Culius Sekitoleko səhər saatlarında hoteli təkr edəndən sonra itib.

Qeyd olunur ki, idmançılar günorta saatlarında koronavirusa qarşı test verməli idilər.

Hazırda polis idmançının axtarışlarını davam etdirir. //Trend.z