“Ford” bazardakı avtomobillərinin bir hissəsini geri çağırır

 22:11 16.07.2021     302

“Ford Motor Co.” şirkəti müxtəlif nasazlıqlarla bağlı dünya boyu 850 mindən artıq avtomobili geri qaytarır.

Redaktor.az xəbər verir ki, bunlar 2012-2017-ci illərdə istehsal olunmuş 774 696 ədəd “Explorer” SUV, 2020-2021-ci illərdə istehsal olunmuş 41 minədək “Lincoln Aviator” SUV, habelə 34 939 ədəd “F-350 Super Duty” pikapıdır. //Report.az