20 min Türkiyə əsgəri sərhəddə gözləyir - DÜŞMƏN HƏR AN MƏHV EDİLƏ BİLƏR

 11:11 17.07.2021     403

Türkiyə Əfqanıstanda "Taliban"ın irəliləməsi səbəbindən şərq bölgələrindəki sərhəd xətlərində mümkün kütləvi miqrasiyaya qarşı ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb.

Redaktor.az xəbər verir ki, xüsusilə Türkiyə-İran sərhəd xəttində ciddi tədbirlər görülür. Sərhəd xətti modul beton divarlar, möhkəmləndirilmiş panel çəpərlər, elektro-optik qüllələr və PUA-larla fasiləsiz olaraq qorunur.

Sözügedən sərhəd xəttində 20-yə yaxın sərhəd taburu iştirak edir. Ərazidə təhlükəsizliyə 20 min hərbi qulluqçu nəzarət edir.

Orxan İsmayılov / Redaktor.az