Ermənistanda əsgər əsgəri güllələyib

Ermənistan ordusunun hərbçisi ölüb.
Redaktor.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 16-sı axşam saatlarında N saylı hərbi hissənin əsgəri, 2001-ci il təvəllüdlü Artur Kazaryan əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində ölümcül yara alıb və həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. //APA