Əfqanıstanda partlayış olub, ÖLƏN VƏ YARALANAN VAR

Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətinin mərkəzində - Aybak şəhərində ard-arda partlayışlar nəticəsində bir dinc sakin ölüb, 9-u yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, iyulun 17-də günorta saatlarında Aybak şəhərində ard-arda iki mina partlayıb.
Bildirilib ki, heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. Polis araşdırmaya başlayıb. //Report.az