I Pyotrdan qalmış ağacları kəsiblər

Moskvanın Kolomenski təbiət qoruğunda baş verənlər yerli sakinləri dəhşətə gətirib.
Redaktor.az xəbər verir ki, yerli Naqatino rayonunun sakinləri hələ I Pyotrun vaxtından qalmış ağacların doğranmasına etiraz ediblər. Onlar bunu Kolomenskinin “qara günü” adlandırıblar. Etirazçılar şəhər hakimiyyətini dərhal tədbir görməyə çağırıblar.
Artıq bu ağaclardan 18-i kəsilib. //Lent.az.