Ukraynada helikopter qəzaya düşüb

 23:20 17.07.2021     313

Ukraynanın Nikolayev vilayətində “Mi-2” helikopterinin qəzaya uğrayaraq yanması nəticəsində iki nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, yerli kənd təsərrüfatı müəssisəsinə məxsus helikopter səhər saatlarında Zaytsevo kəndi yaxınlığındakı tarlaya düşərək alışıb.

Pilot və köməkçisi həlak olub.

Hadisənin baş vermə səbəbi barədə məlumat verilmir. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən