Artur Sərkisyan həbs olunub

 08:20 18.07.2021     91

Ermənistanın Zəngəzur (Sünik) vilayətinin Sisian şəhərinin icma rəhbəri Artur Sərkisyan həbs olunub.

Redaktor.az xəbər verir ki, Marine Melkonyanın sədrlik etdiyi ümumi məhkəmə prokurorluğun vəsatətini təsdiqləyib.

"Ermənistanın Baş Prokurorluğu 13 iyulda Sərkisyanın toxunulmazlığından məhrum edilməsi üçün MSK-ya vəsatət göndərib. İki gün sonra MSK onu təsdiqləyib və icma rəhbərləri həbs olunub. Sərkisyan Hayastan blokundan namizəddir. Sərkisyanın vəkili Emin Xaçatryan məhkəmə qərarından sonra müdafiə tərəfinin müştərinin həbsini istisna edən dəlillər gətirdiyini bildirib.

Şübhəsiz ki, bu qərar Apellyasiya Məhkəməsinə veriləcək", - deyə qeyd olunur.

Qeyd olunub ki, 2016-cı ilin oktyabrından bəri Sisianın icma rəhbəri Sərkisyan vəzifə səlahiyyətlərindən sui-istifadə edib. //Moderator.az