Almaniyada daşqın qurbanlarının sayı 150-ni ötüb

 12:39 18.07.2021     316

Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 156-ya çatıb.

Redaktor.az xəbər verir ki, yerli polisin məlumatına görə, təkcə Arvayler rayonunda (Reynland-Pfalts federal torpağı) təbii fəlakət qurbanlarının sayı 110-a çatıb. Ümumilikdə 670 nəfər xəsarət alıb. Bu rəqəmlərin artacağı istisna olunmur.

Şimali Reyn – Vestfaliyada azı 45 nəfər, Berxtesqadener - Land rayonunda (Bavariya federal torpağı) isə azı 1 nəfər həyatını itirib.

Qeyd edək ki, bazar ertəsindən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub. //Qafqazinfo.az

Vumart və Güvən reklamı Vumart Güvən