Bu ölkənin səhiyyə naziri koronavirusa yoluxub

 15:59 18.07.2021     94

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə S.Cavid özünün "Twitter" səhifəsində yazıb.

Səhiyyə naziri bildirib: "Bu gün səhər məndə koronavirus aşkar olunub. Mən təkrar PCR testin nəticələrini gözləyirəm, lakin xoşbəxtlikdən mən peyvənd olunmuşam və simptomlar yüngüldür. Zəhmət olmasa, peyvənd olunmaq üçün müraciət etməyi unutmayın".

Qeyd edək ki, Sacid Cavid martın 17-i "AstraZeneca" vaksininin birinci dozası, mayın 16-sı isə ikinci dozası ilə peyvənd olunub.