Daha bir ölkədə peyvənd məcburi oldu

 20:39 18.07.2021     92

Özbəkistanda koronavirusa qarşı peyvənd dövlət qurumları və xidmət sektoru işçiləri üçün məcburi olub.

Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistan Koronavirus Əleyhinə Komissiyası qərar verib.

Qərara əsasən, peyvəndin ilk dozası1 sentyabr, ikinci dozası 1 oktyabr, üçüncü dozası 1 noyabr tarixinə qədər məcburi vurulmalıdır.

Komissiya həmçinin ölkədə keçiriləcək ali məktəblərə qəbul imtahanlarının açıq havada keçirilməsinə qərar verib. //Big.az