Türkiyədə bir ailənin 5 üzvü su anbarında boğulub

 21:58 18.07.2021     248

Türkiyənin Amasya vilayətinin Suluova bölgəsindəki Derinöz su anbarında bir ailənin 5 üzvü batıb.

Redaktor.az xəbər verir ki, xilasedicilər ailənin 2 üzvünün cəsədini tapıblar.

Hadisə istirahət üçün göl kənarına gələn ailə üzvlərindən birinin suda çimərkən boğulması nəticəsində baş verib. Boğulan şəxsə kömək etmək istəyərkən, ailənin digər 4 üzvü də göldə batıblar.

Digər 3 nəfərin axtarışları davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən