İranda güclü zəlzələ baş verib

İranın cənubunda zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin seysmoloji mərkəzi məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanın gücü 5.7 bal olub. Zəlzələnin ocağı 11 km dərinlikdə, Xişt şəhərindən 16 km şimal-qərbdə yerləşib.
Hadisə nəticəsində hər hansı bir dağıntı və tələfat narədə məlumat verilmir. //Oxu.az