Koronavirusla bağlı SON STATİSTİKA

 09:33 19.07.2021     101

Dünyada 191 229 700 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir kir. virusdan 4 105 820 xəstə ölüb, 174 181 909 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 963 907 nəfər), Hindistan (31 144 229 nəfər), Braziliya (19 376 574 nəfər), Rusiya (5 958 133 nəfər) və Fransadır (5 867 730 nəfər).

Türkiyədə 5 529 719, İranda 3 523 263, Gürcüstanda 387 481, Ermənistanda isə 227 430 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (148 419 nəfər), İran (87 161 nəfər) və Türkiyədə (50 554 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 338 438 nəfərin 4 992-si ölüb, 331 294 xəstə sağalıb. //Oxu.az