Çində daha bir qorxulu virus aşkarlandı - İLK ÖLÜM FAKTI

Çinin paytaxtı Pekində "Monkey B" (BV) virusundan ilk ölüm halı qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Hindustantimes" məlumat yayıb.
Qeyd olunub ki, 53 yaşlı baytar ürək bulanması və qusma şikayətindən 1 ay sonra yüksək hərarət və nevroloji simptomlar göstərməyə başlayıb. Bir neçə fərqli xəstəxanada müalicə alan baytar mayın 27-də vəfat edib.
Çin Milli Viral Xəstəliklərə Nəzarət və Profilaktika İnstitutuna göndərilən nümunələrdə RT-PCR testləri nəticəsində yalnız BV virusunun müsbət çıxdığı bildirilib.
Ölən şəxslə təmasda olan bütün şəxslərin testləri mənfi çıxıb. Virusun baytarlar, heyvan baxımı işçiləri və laboratoriya tədqiqatçıları üçün təhlükə yarada biləcəyi ifadə edilib.
Orxan İsmayılov / Redaktor.az
