Pakistanda dəhşətli qəza: Çoxlu sayda ölən var

 11:23 19.07.2021     104

Pakistanın şimal-şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun qoşqulu yük avtomobili ilə toqquşması nəticəsində azı 27 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Redaktor.az bildirir ki, u barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, sərnişin avtobusu Rajanpur şəhərindən Sialkot şəhərinə doğru hərəkət edib. //Oxu.az