Rusiya Müdafiə Nazirliyi məlumat yaydı - HƏDƏF VURULDU

Rusiya Müdafiə Nazirliyi bu gün "Zirkon" adlı hipersonik raketin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, sınaq Barents dənizində həyata keçirilib. 350 km məsafədə yerləşən hədəf məhv edilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə verdiyi açıqlamada hipersonik raketlərin Rusiya ordusu və donanmasının yeni nəsli olduğunu söyləyib. Putin sözügedən raketlərin istənilən hədəfi vurmaq iqtidarında olduğunu bildirib.
Orxan İsmayılov / Redaktor.az