Hindistanda daşqınlar nəticəsində onlarla insan ölüb

 16:21 19.07.2021     94

Hindisanın Mumbay şəhərində baş vermiş leysan və daşqılar nəticəsində 33 nəfər həlak olub.

Redaktor.az-ın məlumatına görə, daha 6 nəfər xəsarət alıb.

Qeyd olunur ki, ölüm hallarının əksəriyyəti iki torpaq sürüşməsi nəticəsində qeydə alınıb. 3 nəfər isə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Mumbay şəhərində ən yüksək, "qırmızı" təhlükə səviyyəsi elan edilib. Ölüm hallarının artacağı istisna olunmur. //Trend.az