İran koronavirus əleyhinə tədbirləri sərtləşdirib

 18:28 19.07.2021     309

İranın paytaxtı Tehranda koronavirus əleyhinə tədbirlər sərtləşdirilir.

Redaktor.az xəbər verir ki, Tehran Həmkarkar İttifaqları palatasının rəhbəri Kasem Node Farahaninin sözlərinə görə, paytaxtın mərkəzi bazarı və banklar bağlanacaq.

O əlavə edib ki, koronavirusla bağlı yaranmış çətin vəziyyət səbəbindən mərkəzi bazar və banklar 6 günlük müddətinə bağlanır.

Qeyd edək ki, İranda son sutka ərzində 25 441 yeni yoluxma halı qeydə alınıb. Pandemiya başlayandan bu günə qədər isə ölkədə ümumilikdə 3 548 704 yoluxma faktı aşkar olunub.//qafqazinfo.az