Rusiyada zibil qutusundan yeni doğulmuş uşaq cəsədi tapılıb

 20:29 19.07.2021     119

Rusiyanın Krasnoyarsk Diyarının Açinsk şəhərində zibil qutusunda yeni doğulmuş qız uşağının cəsədi tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə iyulun 18-də yerli hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Regional İdarəsi tərəfindən araşdırma başladılıb.

Hazırda müstəntiqlər törədilən cinayətin bütün detallarını müəyyənləşdirir, eyni zamanda uşağın anasının yerinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qeyd edilib ki, körpənin ölüm səbəbi müayinə ilə müəyyən ediləcək. //Lent.az