Kaxa Kaladze Tbilisi merliyinə ikinci dəfə namizəd olub

 22:21 20.07.2021     107

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Tbilisi şəhərinin meri vəzifəsinə namizədini təqdim edib.

Redaktor.az xəbər verir ki, hazırkı mer Kaxa Kaladzenin ikinci müddətə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, 43 yaşlı K.Kaladze 2017-ci ilin oktyabr ayından Tbilisinin meridir. Qonşu ölkədə yerli özünü idarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 2-də keçiriləcək. //Report.az