Çində daşqın fəlakəti - Ölənlər var

Çinin Henan əyalətində güclü yağış ciddi fəsadlar törədib.
Redaktor.az xəbər verir ki, bir neçə şəhərə ziyan dəyib, qatar stansiyaları və yollar su altında qalıb.
Təxminən 94 milyon insanın yaşadığı Henan əyalətində on minlərlə şəxs təxliyə olunub. Daşqınlar 12 nəfərin həyatına son qoyub.
Axtarış-xilasetmə qrupları bölgədə fəaliyyətini davam etdirir.
Orxan İsmayılov / Redaktor.az