Koronavirusun "Beta" variantı yayıldı - DAHA TƏHLÜKƏLİ VƏ ÖLDÜRÜCÜDÜR

Avropada koronavirusun "Beta" variantının yayılma təhlükəsi ciddi həyəcan doğurub.
Redaktor.az xəbər verir ki, "Beta" variantı 501.V2 və ya B.1.351 olaraq da bilinir. Mütəxəssislər, yeni ştammın yaşadığı genetik dəyişiklikləri araşdırırlar.
"Beta" ştammı "Delta" və "Alfa"da olduğu kimi "narahatedici variantlar"dan sayılır. Bu, "Beta"nın ciddi şəkildə araşdırılmasının vacibliyini ortaya qoyub.
"Beta", virusu daha yoluxucu edən N501Y adlı bir mutasiyaya sahibdir. E484K adlanan başqa bir mutasiya, virusun insanın immunitet sistemini dəf etməsini təmin edir.
Orxan İsmayılov / Redaktor.az