Qardaş ölkədə güclü zəlzələ baş verib - SON DƏQİQƏ

 11:16 21.07.2021     368

Pakistanın Pəncab əyalətinin Rajanpur şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

Redaktor.az bildirir ki, bu barədə Pakistan Milli Seysmik Nəzarət Mərkəzi məlumat verib.

Yeraltı təkanlar Rajanpurdan 37 kilometr şimal-şərqdə, yerin 39 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barəsində məlumat verilməyib.

Orxan İsmayılov / Redaktor.az