Siyasətçilər canlı yayımda dalaşıb - VİDEO

 13:07 21.07.2021     427

Moldovanın sabiq daxili işlər naziri Gennadi Kosovan və prezidentin sabiq müşaviri Sergey Tofilat canlı yayımda dalaşıb.

Redaktor.az-ın məlumatına görə, siyasətçilər "Jurnal TV"nin efirində müzakirə edərkən aralarında mübahisə yaranıb.

Sabiq nazir S.Tofilatın üzərinə su atıb, nəticədə S.Tofilat G.Kosovana bir neçə yumruq zərbəsi endirib. Münaqişə zamanı G.Kosovan huşunu itirib.

Canlı yayım yarımçıq dayandırılıb. //Trend.az