Hindistanda “quş qripi”ndən ilk insan ölümü qeydə alınıb

 15:08 21.07.2021     137

Hindistanda “quş qripi”ndən ilk insan ölümü qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə “Times of India” xəbər verib.

Məlumata görə, qurban 11 yaşlı uşaqdır.

Bildirilir ki, iyulun 2-də uşaq yüksək hərarət və öskürəklə xəstəxanaya yerləşdirilib. Əvvəlcə onun koronavirusa yoluxduğu düşünülüb, lakin testin cavabı mənfi çıxıb. Tədqiqatlar nəticəsində oğlanın “quş qripi”nə yoluxduğu məlum olub.

Hazırda uşağın təmasda olduğu insanların siyahısı hazırlanır. //Oxu.az