İranda dəhşətli olaylar yaşanır - ÖLƏNLƏRİN SAYI ARTIR

İranın Xuzistan əyalətinin Əhvaz, Məhşər, İze, Xürrəmşəhr və Susengerd şəhərlərində su böhranı səbəbiylə başlayan nümayişlər davam edir.
Redaktor.az xəbər verir ki, Susengerd şəhərində etirazçılar bir tankı yandırıblar. Sosial mediada paylaşılan görüntülərdə bəzi nümayişçilərin silahdan istifadə etdiyi öz əksini tapıb.
İran dövlət televiziyasına danışan Xuzistan əyalətinin Bəndər Məhşəhr valisinin müavini Feridun Banderi, nümayişlər zamanı bir polisin həyatını itirdiyini vildirib. Dünən gecə İze şəhərində başlayan nümayişlərdə bir nümayişçinin öldüyü vurğulanıb. Ümumilikdə, nümayişlər zamanı 4 nəfər ölüb.
Qeyd edək ki, iyulun 14-də İranın Xuzistan əyalətində su mənbələrinin quruması və quraqlıq səbəbiylə nümayişlər başlayıb.
Orxan İsmayılov / Redaktor.az