Çində təbii fəlakət nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

 00:19 22.07.2021     130

Çində leysan yağışlar səbəbindən azı 25 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, yeddi nəfər hələ də itkin düşmüş sayılır.

Qeyd edək ki, leysan yağışlardan ən çox zərər çəkən Çjençjou şəhəri olub. Burada sutkalıq yağıntı normaları üzrə yeni rekordlar qeydə alınıb.

Xatırladaq ki, daha öncə təbii fəlakət qurbanlarının sayının 12 nəfər olduğu bildirilirdi.