Bu ölkədə koronavirusa yoluxanların sayı 6,28 milyonu ötüb

 21:51 21.07.2021     77

Afrikada koronavirusa yoluxanların sayı 6,28 milyon nəfəri ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, iyulun 21-i üçün Afrikada koronavirusa 6 281 998 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 159 719 nəfəri vəfat edib, 5 513 426 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Misirdə və Efiopiyada qeydə alınıb. //Trend.az