"Honda" istehsalı dayandırır

 03:15 22.07.2021     450

Avtomobil istehsalçısı "Honda" Yaponiyadakı zavodlarında istehsala müvəqqəti fasilə verəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, ağıllı telefon və 5G şəbəkə avadanlıqları sektorunun çiplərə tələbinin artması ilə əlaqədar olaraq avtomobil istehsalçıları tədarük çətinliyi çəkməyə davam edirlər.

"Honda" ölkənin cənub-qərbində olan Mie əyalətindəki zavodlarda 2-6 Avqustda istehsala fasilə verəcək. //Gent.az