ABŞ-da "Meymun çiçəyi" virusu aşkarlandı - TƏHLÜKƏ

ABŞ-da 2003-cü ildən bəri ilk dəfə "Meymun çiçəyi" virusuna (Monkeypox) yoluxma halı aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) məlumat yayıb.
Məlumata görə, iyulun 15-də Nigeriyadan ABŞ-a səyahət bir nəfərdə "Meymun çiçəyi" aşkarlanıb və o, xəstəxanaya yerləşdirilib. Digər yoluxma faktı aşkarlanmasa da, 7 əyalətdə 200-dən çox insan sözügedən virus səbəbi ilə nəzarətə alınıb.
Orxan İsmayılov / Redaktor.az