Türkiyə və Rusiya döyüş təyyarələri ÜZ-ÜZƏ GƏLDİ - NƏ BAŞ VERİR?

 12:23 22.07.2021     807

Aralıq dənizindən Baltik dənizinə, Qara dənizdən Sakit okeana qədər hər yerdə qarşı-qarşıya gələn Rusiya ilə NATO arasında qarşıdurmada dönüş nöqtəsi yaşanıb.

Redaktor.az xəbər verir ki, NATO missiyası üçün Polşaya yola düşən Türkiyə F-16-ları Malbork Hava Bazasına eniş edib. Qısa müddətdən sonra Türkiyə döyüş təyyarələrinə dərhal havaya qalxma əmri verilib.

Türk təyyarələrinin təcili havaya qaldırılmasının səbəbi isə Rusiyanın Il-38 təyyarəsinin önünü kəsməklə bağlı olub. Beləliklə, Türkiyə və Rusiya döyüş təyyarələri səmada üz-üzə gəliblər.

NATO-nun rəsmi "Twitter" hesabında Türkiyə təyyarələrinin ilk dəfə belə əməliyyat həyata keçirdiyi qeyd olunub. 

Orxan İsmayılov / Redaktor.az

2