Daha bir ölkənin prezidentinə qarşı sui-qəsd cəhdi

 14:43 22.07.2021     237

Madaqaskar prezidenti Andri Radzuelinaya qarşı sui-qəsd cəhdi olub.

Redaktor.az xəbər verir ki, bu barədə Madaqaskar prokurorluğu məlumat yayıb.

Prokurorluğun yaydığı açıqlamada qeyd olunur ki, artıq sui-qəsdlə əlaqədar bir neçə nəfər həbs olunub.

Saxlanılanlar arasında Madaqaskar, həmçinin xarici ölkələrin vətəndaşları var.

Xatırladaq ki, iyul ayının yeddisində Haiti prezidenti Jovenel Moiz sui-qəsd nəticəsində öldürülüb.

Ötən gün isə Malinin müvəqqəti prezidenti Assimi Qoitə qarşı sui-qəsd təşkil olunub. O, təsadüf nəticəsində sağ qala bilib. //Oxu.az