“Taliban” Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət etdiyini açıqlayıb

“Taliban” Əfqanıstan sərhədlərinin 90 faizinin nəzarəti altında olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, “Taliban”ın təmsilçisi Zabiulla Mücahidə istinadən məlumat yayıb.
“Əfqanıstanın Tacikistan, Özbəkistan, Türkmənistan, İranla sərhədləri – təxminən 90 faiz bizim nəzarətimizdədir”, - deyə o bildirib. //Oxu.az