ABŞ-da daha 497 nəfər ölüb - COVID-19

 10:26 30.07.2021     343

ABŞ-da son gün ərzində koronavirusa 70 120 yoluxma faktı aşkarlanıb.

Redaktor.az bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 497 nəfər COVID-19-dan ölüb.

ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 34 678 442, ölənlərin sayı isə 611 813 nəfərdir.

Orxan İsmayılov / Redaktor.az