GÜCLÜ ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi - FOTO

 12:13 30.07.2021     768

Alyaska sahillərində baş verən 8,2 ballıq zəlzələdən sonra minlərlə insan sahil bölgələrini tərk etməyə başlayıb.

Redaktor.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) zəlzələnin Perrivil qəsəbəsindən 100 kilometr cənub-şərqdə baş verdiyini və sunami təhlükəsinn olduğunu açıqlayıb.

Alyaska sahili boyunca təxminən 6000 əhalisi olan Kodiak adasında həyəcan siqnalı çalınıb. Dəniz səviyyəsinə yaxın yaşayan yerli əhalinin daha yüksək yerlərə qalxması söylənilib.

Qeyd edək ki, Alyaskada baş verən zəlzələ ABŞ-da son 50 ilin ən güclü zəlzələsi hesab olunur.

Orxan İsmayılov / Redaktor.az

222