Marneulinin meri azərbaycanlı ola bilər

 14:37 31.07.2021     236

Gürcüstanda yerli sakrebulo (bələdiyyə) və mer seçkilərinə hazırlıq davam edir. Artıq “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bütün 64 seçki dairəsi üzrə mer vəzifəsinə namizədlərinin adlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, namizədlər arasında azərbaycanlı da var. Hakim partiya azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi üzrə Marneuli şəhərinin meri vəzifəsinə Kənan Ömərovun namizədliyini irəli sürüb.

Azərbaycanlıların yığcam yaşadıqları Qardabani, Bolnisi, Dmanisi və digər iki rayondan isə azərbaycanlı namizəd yoxdur.

Qeyd edək ki, seçki kampaniyasına avqustun 3-dən başlanılacaq. Gürcüstanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Gürcüstan Prezidenti seçkilərə 60 gün qalmış Baş nazirin təqdimatına əsasən seçki kampaniyasının başlanıldığını elan etməlidir.

Gürcüstanda mer və sakrebul məclisinə seçkilər isə oktyabrın 2-nə təyin edilib. //Azertag.az