Əfqanıstanda 60 nəfər selin qurbanı olub

 15:55 31.07.2021     271

Əfqanıstanın Kamdiş bölgəsində iyulun 29-u güclü yağışlar səbəbindən sel yaranıb. 

Redaktor.az xəbər verir ki, bu haqda məlumatı bölgənin aid olduğu Nuristan vilayətinin yerli rəhbərliyi yayıb.

Məlumata əsasən, sel nəticəsində 60 nəfər həlak olub. Bununla yanaşı, təbii fəlakət nəticəsində 150-dən çox sakin itkin düşüb. 

Bildirilir ki, axtarış-xilasetmə əməliyyatları hazırda davam edir. 

Ölkənin Təbii Fəlakətlərlə Mübarizəyə Hazırlıq İdarəsinin məlumatına görə isə, sel səbəbindən 150 ev və 2 körpüyə zərər dəyib. Həmçinin, qeyd olunur ki, bölgə “Taliban” hərəkatı döyüşçülərinin nəzarətində olduğu üçün seldən zərər görən sakinlərə kömək göndərmək mümkün deyil. 

“Taliban” isə öz növbəsində açıqlama verərək həmin ərazilərdə sakinlərə kömək çatdırmaq istəyən qurumlara şərait yaradılacağını iddia edib. //Qafqazinfo.az