Türkiyədən sonra Rusiyada da güclü yanğınlar başladı

 17:17 02.08.2021     551

Rusiyanın şərqində 217 nöqtədə ümumilikdə 837 min 813 hektar sahədə meşə yanğınları davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Meşə Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğınlardan 115-i Yakutiya, 51-i isə İrkutsk bölgəsində qeydə alınıb. Yanğını söndürmək üçün 5 minə yaxın yanğınsöndürən cəlb olunub.

Orxan İsmayılov / Redaktor.az