SON DƏQİQƏ: İrandan dəhşətli xəbərlər gəlir

 10:35 05.08.2021     3817

İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Genave rayonunun qubernatoru Qulamrza Mehrcu deyib.

Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.

Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu limanda mindən çox yük gəmisi yan alır. //Trend.az