NASDAQ indeksi tarixi rekord səviyyəyə çatıb

 18:44 25.08.2021     415

ABŞ-da NASDAQ elektron birja indeksi tarixi rekord səviyyəyə çatıb.

Redaktor.az xəbər verir ki, indeksin göstəricisi gün ərzində 71.5 bənd və ya 0.48% artaraq, 15 014,15-ə yüksəlib.

Ekspertlər yüksəlişin koronavirusa qarşı “Pfizer/ BioNTech” peyvəndinin ABŞ-da tam şəkildə tətbiqinə icazə verilməsilə əlaqələndirirlər. İnvestorlar pandemiya şəraitində ABŞ iqtisadiyyatının daha sürətlə bərpasına ümid edirlər. //Oxu.az