Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

 01:18 26.08.2021     92

Türkiyədə koronavirusla bağlı avqustun 25-nə olan vəziyyət açıqlanıb.

Redaktor.az xəbər verir ki, sutka ərzində ölkədə 296 711 nəfərin COVID-19 testi yoxlanılıb.

Günlük yoluxma sayı 19 970 nəfər təşkil edib.

217 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 16 651 nəfərə çatdığı bildirilib.