Rusiyanın Xalq artisti reanimasiyaya yerləşdirilib

Rusiyanın Xalq artisti İvan Krasko insult keçirib.
Redaktor.az xəbər verir ki, 90 yaşlı aktyor avqustun 20-də özünü pis hiss etsə də müayinə olunmaq istəməyib. İ.Krasko bu gün təcili tibbi yardımla xəstəxanaya gətirilib və o, reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, Aktyor bu ilin yanvarında 6-cı dəfə ata olub. O, sentyabrda 5-ci dəfə ailə həyatı qurmağı planlayır. //Axşam.az