Çində güclü zəlzələ olub

 08:57 26.08.2021     334

Çinin şimal-qərbində, Tsinxay və Qansu əyalətlərinin qovşağında 5,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Honq Konq Rəsədxanasının Seysmoloji Şəbəkəsi bildirib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:38-də qeydə alınıb.

Onların episentri Yumen şəhərindən (Qansu vilayəti) 230 km cənub -qərbdə yerləşib.

Ölənlər və dağıntılar barədə məlumat verilməyib. //Trend.az