Koronavirus pandemiyasının bitəcəyi tarix AÇIQLANIB

 09:06 26.08.2021     192

ABŞ Prezidentdi Co Baydenin baş tibb müşaviri, eləcə də Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi koronavirus pandemiyası ilə bağlı proqnozlar verib.

Redaktor.az bildirir ki, həkim önümüzdəki aylarda vəziyyətin daha da pisləşəcəyini bildirib.

Fauçi Vaşinqtonda təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı pandemiyanın bitməsini insanların davranışlarından, xüsusən də peyvənd olunma istəyindən asılı olduğunu qeyd edib. Onun sözlərinə görə, əgər dünya əhalisi kütləvi şəkildə vaksinasiyadan keçirilsə 2022-ci ilin yaz aylarında pandemiyanın başa çatmasından danışmaq, tədricən normal həyat şərtlərinə qayıtmaq mümkün olar.

Həmçinin, prezident müşaviri ölkəsində hələ 90 milyon nəfərin peyvənd olunmadığını diqqətə çatdırıb. //Baku.ws