Gürcüstanda koronavirusdan rekord ölüm qeydə alınıb

Gürcüstanda koronavirusdan ölümdə növbəti rekord qeydə alınıb.
Redaktor.az bildirir ki, bir gün ərzində koronavirusdan 79 nəfər həyatını itirib. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 7 028-ə çatıb.
Bundan əvvəlki rekord 21 avqustda qeydə alınıb - sutkada 74 nəfər.
Gürcüstanda son bir gündə 4 128 nəfərin koronavirusa yoluxması ilə ümumi yoluxma sayı 532 171 olub. //Oxu.az