SON DƏQİQƏ: Əfqanıstanda qorxulan oldu... - YARALILARIN SAYI 50-ni KEÇDİ / FOTO

Əfqanıstanın paytaxtı Kabildəki hava limanında baş vermiş partlayış nəticəsində yaralıların sayı 50-ni ötüb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkəyə nəzarəti ələ keçirən "Taliban" sözçüsü Zabiullah Mücahid bildirib.
Qeyd edək ki, bu gün hava limanında qısa fasilə ilə iki partlayış törədilib. Belə ki, terrorçu-kamikadzelərin özünü partlatması nəticəsində 13 nəfər həlak olduğu deyilir.
Qeyd edək ki, "Əl-Cəzirə" telekanalı yerli xəstəxanadakı mənbəyə istinadən məlumat yayıb ki, partlayışlar zamanı ən azı 70 nəfər xəsarət alıb.
Oral Mədənçi / Redaktor.az



